SƏRÇƏYƏ TOPDAN ATƏŞ AÇMAQ

xırda və əhəmiyyətsiz bir işə həddindən artıq enerji sərf etmək.

SƏRÇƏNİ GÖZÜNDƏN VURMAQ
SƏRHƏDİ KEÇMƏK
OBASTAN VİKİ
Atəş Aslanov
Atəş Yusif oğlu Aslanov (1 aprel 1993, Məşədivəlilər, Tovuz rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Atəş Aslanov 1993-cü il aprelin 1-də Tovuz rayonunun Məşədivəlilər kəndində anadan olub. 2000–2004-cü illərdə Məşədivəlilər kənd tam orta məktəbində, 2004–2011-ci illərdə İ. Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Atəş Aslanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Atəş Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Atəş Aslanov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Atəş kisəsi
Atəş kisəsi və ya oqnevoy meşok (rus. огневой мешок) — iki və ya üç tərəfdən kütləvi və cəmləşmiş atəş hücumu həyata keçirmək əvvəlcədən təyin edilmiş ərazi sahəsi. Qarşı tərəfə ən qısa zamanda maksimum ziyan vurmaq üçün hərbi hissənin atəş sistemi daxilində təşkil olunur. Bu, həm cəbhənin ön xəttində, həm də müdafiənin dərinliklərində yerləşə bilər.Bundan Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı həyata keçirilmiş "Çeildağ" əməliyyatı əsnasında ermənilər tərəfindən Azərbaycan hərbçilərinə qarşı da istifadə edilmişdir. Həmçinin, eyni taktikadan İkinci Qarabağ müharibəsi zamanı baş tutan Hadrut döyüşündə Azərbaycan hərbçiləri tərəfindən istifadə edilmişdir.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsi ilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Atəş qarışqası
Atəş qarışqası (lat. Solenopsis) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Atəş ramı
Atəş ramı və ya Taran — döyüşdə istifadə oluna biləcək ən sonuncu hücum variantıdır. Hücum vasitələri bitmiş və ya zədələnmiş təyyarənin digər təyyarəyə və ya yer hədəfinə çırpılması ilə məhv üsuludur. Təyyarələrin ixtirasından çox əvvəl dəniz və quru döyüşlərində bu hücum növündən istifadə olunmuşdur. Atəş ramı ilə Kamikadze hücumları eyni deyildir. Çünki atəş ramı zamanı pilotun sağ qalmaq ehtimalı vardır. İlk taran 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Pyotr Nesterov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk dəfə atəş ramı həyata keçirən pilot polkovnik Zaur Nudirəliyev olmuşdur.
Mirzəağa Atəş
Mirzəağa Atəş (Mirmövsümov Mirzəağa Nəsir oğlu; 1935, Qarabulaq (Xızı), Xızı rayonu – 2002, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist. Mirzəağa Mirmövsümov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında peşəkar ssenarist və dramaturq kimi tanınır. == Həyatı == Mirmövsümov Mirzəağa Nəsir oğlu 1935-ci ildə Xızıda anadan olmuşdur. == Filmoqrafiya == Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Astana (film, 1988) Bağlı qapılar (film, 1986) Bir daha keyfiyyət barədə (film, 1987) Bir məktubun izilə (film, 1990) Bir sinədə iki ürək (film, 1987) Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986) Canlı naxışlar (film, 1987) Cavidi xatırlarkən (film, 1982) Çətin sual (film, 1979) Dərd çox… (film, 1988) Diaqnoz (film, 1991) Fəryad (film, 1993) Gəlinlər (film, 2002) Hacı Qara (film, 2002) Haqlı narazılıq (film, 1988) Heyvandarların gileyi (film, 1991) İgidlik rəmzi (film, 1992) İsrafçılıq (film, 1980) Kimə inanaq?
Susdurucu atəş
Susdurucu atəş (ing. Supressive fire) — hərb elmində, düşmənə atəş açıb, onu qısa döyüş qabiliyyətini məhrum etmək, döyüşdə meydanının görüntüsünə mane, koordinasiya və idarəedilmə dağınıqlığı hədəfi ilə istifadə olunan taktiki fənd.
Toxtamış Atəş
Toxtamış Atəş (1944-2013) — professor, publisist == Həyatı == Professor Toxtamış Atəş 1944-cü ildə İstanbulda anadan olub. Türkiyədə şərqşünaslıq-fars filologiyasının əsasını qoyan Fuad Körpülü, Zəki Vəlidi Toran kimi Cümhuriyyət dövrünün böyük və məşhur professorlarından olan Əhməd Atəşin orludur. Əhməd Atəş Məhəmmədhüseyn Şəhriyarın yaxın dostu kimi onunla tez-tez görüşmüş, həm də "Heydərbabaya salam" poemasını ilk dəfə Türkiyədə nəşr etdirərək onu dünya türkoloji dairələrinə tanıtmışdı. O, Güney Azərbaycan ədəbiyyatı başda olmaqla şərqşünaslıq və türkologiya sahəcində Türkiyə Cümhuriyyətinin qurucu alimlərindən ən birincisi kimi zoxlu sayda əsər yazmışdı.Toxtamış Atəş orta və lisey təhsilini Avstriya orta məktəbində və Vəfa Liseyində alıb, daha sonra Istanbul Universitetinin iqisadiyyat fakültəsində oxuyub, 1967-ci ildə həmin universiteti bitirib, 1968-ci ildə orda siyasət elimləri doktoru, 1974-cü ildə dosent, 1982-ci ildə isə professor olub. Müxtəlif dövrlərdə ABŞ və Almaniya universitetlərində dərs deyib. İstanbul Universiteti iqtisad fakültəsi beynəlxalq münasibətlər kafedrasında müəllimi, eyni zamanda Bilgi Universitetinin qurucularından biri və idarə heyətinin üzvüdür. "Cümhuriyyət" qəzetində köşə yazarıdır, ayrı-ayrı mətbuat orqanlarında məqalələr nəşr etdirir. Indiyədək 30-dan artıq kitabı çapdan çıxıb.Evli və bir uşaq atası olan Toxtamış Atəş 1968-cı il hadisələrinin önündə gedən gənc liderlərindən olub.
Ülkər Atəş
Ülkər Atəş (1 aprel 1963, Söyüdlü, Gədəbəy rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-nin sədr müavini, "Əlillər dünyası" qəzetinin redaktoru. "Xatun", "Ozan", "Qızıl mikrofon", "Qızıl qələm" media mükafatları laureatı. == Həyatı == Ülkər Atəş (İsmayılova) 1963-cü il aprelin 1-də Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda Gözdən Əlillər üçün olan məktəbdə təhsil almağa başladı. Orta təhsilini başa vuran Ülkər Atəş Neftçi Qurban adına Mədəniyyət Sarayının nəzdindəki Qarmon şöbəsini, Bakı Mədəni Maarif Texnikumunu və daha sonra Britaniyanın “Oksfam” şirkətinin Massaj Reabilitasiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olaraq, “Şərqşünaslıq” ixtisasına yiyələnmişdir. 1998-99, 2001-2004 və 2007-ci illərdə Ümumrespublika Baxış Müsabiqələrinin bədii qiraət üzrə laureatı olmuşdur.Dövrünün məşhur “Günay”, “Bozqurd”, “Millət”, “Ekspress”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Azərbaycan”, “Kredo”, “Nota”, “Vətən fədailəri” və s. kimi qəzetlərində, eləcə də, “Kirpi”, “Ulduz” kimi ədəbi-bədii jurnallarda əsərləri dərc olunmuş, görkəmli elm və ictimai xadimlər tərəfindən müsbət rəy almışdır. 1994-cü ildən jurnalistik fəaliyyətə başlamış, 1998-ci ildən etibarən “İcmal” qəzetində xüsusi müxbir işləmişdir.
Əhməd Atəş
Əhməd Atəş (d. 1917, Birecik — ö. 1966, İstanbul) — Türkiyə şərqşünası. == Həyatı == Əhməd Atəş 1917-ci ildə Türkiyənin Birecik şəhərində anadan olmuşdu. Konya litseyində oxuduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsini 1939-cu ilda bitirmişdi. Eyni il asistent oldu. Professor Hellmut Ritterin yanında ərəb-fars filologiyası çalışmalarına başladı. 1953-cü ildə də professor oldu. Şərqşünaslıq İnstitutnun rəsmi quruluşunu təşkil etdi. Ayrıca yabançı bilim adamlarıyla Şark Tetkikleri Cemiyətinin qurulması onun sayəsində başa gəldi.
Nejla Atəş
Nejla Ateş (türk. Nejla Ateş; əsl adı Naciyə Batır, türk. Naciye Batır; 7 mart 1932, Konstansa – aprel 2005, İstanbul) — Türkiyə rəqqasəsi və aktrisası. ABŞ-də "Turkish Delight" kimi də tanınırdı. "Kral Riçard və səlibçilər", "Sinbadın oğlu" və "Fanni" filmlərində çəkilmişdir. 1954-cü ilin noyabrında Sentral parkda onun çılpaq heykəli ucaldılmışdır.
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Zombilənd: İkiqat Atəş
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
Reaktiv Yaylım Atəş Sistemi
Reaktiv Yaylım Atəş Sistemi (və ya qısa adı ilə RYAS) — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır.
Atəş və qar... (film, 2014)
Atəş və qar... qısametrajlı sənədli televiziya filmi 2014-cü ildə EL televiziyasında istehsal edilmişdir. Film gözəlliyi ilə seçilən, əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəri Bursadan bəhs edir. == Məzmun == Film gözəlliyi ilə seçilən, əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəri Bursadan bəhs edir.
Milad bayramında açılan atəş (roman)
"Milad bayramında açılan atəş" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır. == Məzmun == Tarixi gedişatın zərurəti ilə cəmiyyət quruluşu kəskin dəyişilərkən, ictimai münasibətlər də təbəddülata uğrayır. İnsanlar bir həyat tərzindən zorla qoparılıb digər yaşam şəraitinə atılır, bu da dərin faciələrə gətirib çıxarır. Müasir cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmiş oliqarxlar zümrəsinin nümayəndələri Şotlandiyadakı qəsrlərində Milad bayramını qeyd edərkən, faciə baş verir. Sıx ailə çərçivəsində qeyd olunan bayramda gənc biznesmenin dəvət etdiyi rəfiqəsi qətlə yetirilir. Bütün əşyayi-dəlillər oliqarxın şəksiz günahkar olmasını göstərsə də, müstəqil təhqiqat məramı ilə dəvət olunmuş məşhuri-cahan ekspert-analitik Dronqonun şübhələri vardır. Dronqo kələfin ucunu tapdıqca, faciə günü malikanəyə heç bir yad adamın varid ola və əsla cinayət törədə bilməyəciyi aşkara çıxır. Mahiyyətə vardıqda isə bəlli olur ki, ailə üzvləri Dronqonun əsil həqiqəti üzə çıxaracağına qətiyyən şad deyillər. Tədricən daha qəribə müəmmaların üstü açılır...
Su və atəş (film, 2013)
Su və Atəş — 2013-ci ildə Özcan Dəniz tərəfindən çəkilən Türkiyə filmi. == Məzmunu == Təsadüf əsəri Londona uçan bir təyyarədə rastlaşan Yağmur və Kamal bir-birlərinə aşiq olurlar. Londonda nağıl kimi günlər keçirən cütlüyün xoşbəxt günləri çox sürməyəcək. Yağmurun saf duyğularına qarşılıq Kamalın qaranlıq sirləri vardır. Gerçek adı Haşmet olan Kemal büyük bir kan davasının içindedir. Hamile kalan Yağmur'un da davaya dahil olması çok sürmeyecektir.
Zombilənd: İkiqat Atəş (film, 2019)
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
акти́вничать гемолити́ческий разлага́ть разраща́ть румя́на смонти́ровать укомплектова́ться бе́стия гава́йский заме́шиваться мышка-нору́шка однору́кий палеоклимато́лог электроста́тика гракать лиштва уд clucker niblick taring telomer голубка легислатура трепетать фонетистка